Yuxarı

İdman zallarında qəfil ürək ölümü və infarkt... - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar idman zallarında ürəkdən ürək ölümlər və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış ürək cərrahı Rəşad Mahmudov qeyd edib.

O bildirib ki, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir:

"Bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur. Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir.

Bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

- İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

- Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

- İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

- Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır".

Qeyd edək ki, tanınmış aktyor Cabir İmanov bu gün idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Tarix
2025.09.29 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Qazaxıstanın yeni XİN başçısı ilə danışdı

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev Szinpini təbrik etdi

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla