Yuxarı

Rusiyada qeyri-adi fitva: Azərbaycanı hədəf aldılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada qeyri-adi fitva: Azərbaycanı hədəf aldılar

Rusiya Müsəlmanları Ruhani İdarəsi xüsusi fitvası ilə kuryerlər tərəfindən daşınan yükləri iki kateqoriyaya ayırıb - halal (icazə verilən) və haram (qadağan olunan).

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, fitvanın mətni Rusiya Müsəlmanları Ruhani İdarəsinin saytında dərc olunub.

Fitvaya əsasən, kuryerlərə aşağıdakı malları çatdırmaq qadağandır:

- Spirtli içkilər;

- Donuz əti;

- Şəriət (İslam) qaydalarına uyğun kəsilməmiş heyvanların əti;

- Bütpərəstliklə bağlı əşyalar;

- Qumar oyunları ilə əlaqəli mallar.

İstisna: əgər bu mallar utilizasiya (yəni məhv edilməsi) üçün daşınırsa, bu zaman daşınmaya icazə verilir.

Əgər kuryer bağlamanın içində nə olduğunu bilmirsə, bu, günah sayılmır.

Əgər bir sifarişdə həm halal, həm də haram mallar varsa, amma əsas hissə halaldırsa, çatdırma icazəlidir. Bununla belə, kuryerə gəlirin bir hissəsini sədəqə kimi vermək tövsiyə olunur - “qazancı təmizləmək” məqsədilə.

Fitva Rusiyanın müəyyən kəsimlərində müzakirələr və etirazlara səbəb olub.

Rusiya İnsan Haqları Şurasının rəhbəri Kirill Kabanov bu məsələyə münasibət bildirib:

“Bu qərar cəmiyyəti süni şəkildə bölmək istiqamətində daha bir addımdır - “özünkülər və özgələr”, “imanlılar və kafirlər” kimi. Ən təhlükəlisi insanları dinə görə bölməkdir”.

Kurbanov həmçinin vurğulayıb ki, bu yenilik Mərkəzi Asiya və Cənubi Qafqazdan (çox güman ki, Azərbaycan vətəndaşları nəzərdə tutulur - red.) olan miqrantların kütləvi şəkildə işdən çıxarılmasına səbəb ola bilər.

Tarix
2025.10.08 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla