Yuxarı

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Qarabağda 44 gün davam edən Vətən müharibəsində düşmənlər tərəfindən yayılmış şayiələr vardı, onlar Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Türk Dili Ailəsi Günü münasibətilə keçirilən tədbirdə çıxışında deyib.

Türkiyə lideri qeyd edib ki, CHP nümayəndəsi Türkiyədən Azərbaycana silah yardımı edildiyi və şayiələrə görə cihadçı qrupların Azərbaycana göndərildiyi haqqında əsassız ifadələr işlətmişdi.

"1945-ci ildə Boraltan faciəsində olduğu kimi, Qarabağın azadlıq mübarizəsində də eyni səhvi etdilər; millətimizi utandırdılar, məyus etdilər. Yalnız Qarabağda deyil, ondan əvvəl Suriyada da eyni vicdansız davranışa şahid olduq", - o əlavə edib.

R.T.Ərdoğan Boraltan faciəsini Türkiyə tarixi üçün qara ləkə adlandırıb:

"Türk dünyasının mövcudluğundan danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərdə ölkəmizdəki təkpartiyalı dövrdə də qadağan edilmişdi. Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin olduğunu demək cinayət sayılırdı. Bu dövrdə Azərbaycandan Türkiyəyə sığınmış Azərbaycan türklərini Boraltan körpüsündə güllələnəcəklərini bilə-bilə qatillərinə təhvil vermişlər. Boraltan faciəsi CHP-nin Türkiyə tarixində iz qoymuş qara ləkəsidir. Bu faciə millətimizin, Azərbaycan türklərinin mənəvi dünyasında dərin yaralar açmışdır".

Tarix
2025.12.15 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla