Yuxarı

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Bu da təsadüfi deyil. Çünki humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir.

Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də özünün əksini tapır. Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktları da elan olunur. Cənab Prezidentin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ərməğandır! 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu əməliyyatların keçirilməsinin hüquqi əsaslarını da məhz Konstitusiyamız təşkil etmişdir. Bu gün biz qürurla qeyd edirik ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tətbiq olunur!

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində 10 minlərlə insan azadlığa qovuşub.

Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Cənab Prezidentin budəfəki amnistiya təşəbbüsü isə miqyası baxımından daha genişdir və 20 mindən çox insanı əhatə edəcəyi gözlənilir. Əslində, əfv sərəncamı imzalamaq, amnistiya aktı təşəbbüsünü irəli sürmək dövlət başçısının konstitusiya ilə müstəsna hüququdur. Lakin Prezidentimiz cənab İlham Əliyevin davamlı olaraq belə təşəbbüslərlə çıxış etməsi onun nə qədər humanist, nəcib, xeyirxah insan olduğunu bir daha təsdiqləyir. Çünki hər bir belə təşəbbüs minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olur!

Tarix
2025.12.16 / 13:05
Müəllif
Samir Vəliyev
Digər xəbərlər

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla