Yuxarı

Bakı ermənisi olan senator axtarışa verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ermənisi olan senator axtarışa verildi

Rusiyada qiyabi axtarışa verilən qalmaqallı sabiq senator və VTB bankının keçmiş vitse-prezidenti Aleksandr Ter-Avanesovun Andrey Kostinin “çirkli pulların” yuyulmasında iştirak etdiyi bildirilir.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Kostroma vilayətindən sabiq senator Aleksandr Ter-Avanesov federal axtarışa verilib.

Keçmiş senatora Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda törədilmiş dələduzluq; on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) üzrə qiyabi ittiham irəli sürülüb.

Ter-Avanesov keçmiş Qondarma “Donetsk Respublikası”nın tikinti nazirinin müavini Yuliya Mervayezova ilə bağlı cinayət işinin fiqurantıdır. Həmin iş Müdafiə Nazirliyinə qarşı dövlət sifarişləri çərçivəsində hərbi obyektlərin tikintisi zamanı ümumi məbləği 4 milyard rubldan çox olan mənimsəmələrlə əlaqəlidir. İş üzrə dəymiş zərər 9 milyard rubldan artıqdır. Mervayezova bu iş üzrə rəhbəri Vadim Vıqyulyarnı ilə birlikdə məsuliyyətə cəlb olunur. O, bu yay xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

Aleksandr Ter-Avanesov Bakı ermənisidir.

Tarix
2025.12.16 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla