Yuxarı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Dekabrın 17-də Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.

Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.

Dekabrın 19-dək davam edəcək 17-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində görüşləri keçiriləcək.

Tarix
2025.12.17 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla