Yuxarı

Gülən Xomeyni inqilabına hazırlaşır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fətullah Gülən nə düşünür? Tərəfdarlarına görə allahın rızasını almaq, tərəfdarlarının xaricindəkilərə görə isə dövləti ələ keçirmək, hətta yeni Xomeyni olmağımı düşünür?"

"Axar.az" xəbər verir ki, bu sözlər "Vətən" qəzetinin Gülən tərəfdarlarının get-gedə çoxalması ilə bərabər iqtidara namizəd olacağını, həmçinin Ərdoğandan sonra Gülənin sonrakı hərəkətlərini analiz edən yazısında yer alıb.

Yazıda deyilir ki, Gülən hərəkatı üçün ən çox soruşulan suallardan ən çətini yəqin ki, budur:

"Gülən və tərəfdarları nəticə etibarı ilə nə istəyir?". Bu suala Gülən "İman və Qurana xidmət edənlərin hədəfi sadəcə və sadəcə "i’la-yı Kəlimətullah" olmalı (Allah sözünü deyən adam. – red.) və "rıza-yı İlahi"dən başqa bir qayə (savabın qarşılığını allahdan gözləməlidir. – red.) gözləməməlidir" kimi cavablandırır.

Gülən Xomeyni olacaqmı?

Həmin sualı tərəfdarı olmayan şəxslərə verdiyiniz zaman bu cür cavablar ala bilərsiniz:

"Xomeyni kimi qayıdıb ölkənin başına keçmək istəyir!"

"Xəlifəliyini elan etmək istəyir!"

"Sünni İslam dünyasının Vatikanını qurub bir növ Papa olmaq istəyir!"

"Bir Türk-İslam imperiyası qurmaq istəyir".

Bütün bunlarla bərabər Gülənin qlobal ssenarinin sadəcə bir fiquru olduğuna, dolayısı ilə onun nə istədiyinin heç bir önəmi olmadığına inanlar da az deyil.

Gülən hərəkatı Ərdoğandan qurtulmaq istəyir

Bu, hələ də dəqiq olaraq cavablanmasa da, dəqiq bildiyimiz bir şey var: Ərdoğan getsə, yerinə kim gələcək?

Gülənin planı nədir?

Gülənin şəriət dövləti kimi bir xəyalı olduğu güman edilmir. Özünün və ya tərəfdarlarından birinin prezident, Baş nazir və b. olmasını arzuladığı da güman edilmir. Deyəsən o, ölkəni kim idarə edirsə etsin, özünün "mənəvi" və "simvolik" də olsa bir avtoritet kimi təqdim edilməsini, tərəfdarlarının dövlət dairələrində hökumətə təsir edə biləcək vəzifələrdə olmasını istəyir.

Gülən və Ərdoğanın İslam analizi fərqlidir

Güman edilmir ki, Gülən və Ərdoğan arasındakı toqquşmanın səbəbi Gülənin inkişaf etdirdiyi "loyal islam" var.

Fərq burasındadır ki, Gülən heç vaxtı İslam dünyasının yaşadığı problemlərə görə Qərbi günahkar bilmir. Həmişə onlarla, loru dildə desək, yola gedir. Günahkarları daha çox İslam dünyasının içində axtarır. Buna qarşılıq olaraq klassik islamçılar kimi Ərdoğan da İslam dünyasının başına gələn hər bədbəxtliklərdən birinci olaraq Qərbi günahkar görür və özünün lazımi qədər güclü gördüyü zaman Qərbə meydan oxumağa başlayır.

Tarix
2014.03.03 / 14:15
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla