Yuxarı

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

Türkiyə ilə keçmişdə çox yaxşı münasibətlərimiz olub, lakin son onilliklər ərzində bu münasibətlərin pisləşdiyini gördük. Beləliklə, "Türkiyə ilə normallaşmaya ehtiyac var" deyə bir məsələ yoxdur, çünki bizim Türkiyə ilə münasibətlərimiz mövcuddur.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində İsrail xarici işləri naziri Gideon Saar İranda baş verənlərə görə rəsmi Tehranın İsraili ittiham etməsinə dair suala cavabında deyib.

Onun sözlərinə görə, İsrailin onilliklərdir Türkiyə ilə diplomatik əlaqələri var:

"Amma təəssüf ki, son dönəmdə münasibətlər pisləşib, bu, onların seçimi idi. Bunun səbəbləri barədə hər kəs fərziyyələr irəli sürə bilər, lakin mən bu müsahibədə səbəblər barədə spekulyasiya etməyəcəyəm, bu, sadəcə faktdır. Bizim Türkiyə ilə münasibətləri artıq olduğundan daha da pisləşdirmək kimi bir marağımız yoxdur.

Təxminən bir ay əvvəl hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin görüşü keçirildi ki, bu cür vəziyyətlərdə faydalı olacaq bir mexanizm yaradılsın. Azərbaycanla bağlı olaraq, əvvəlki dövrdə həmkarım, Azərbaycanın xarici işlər naziri bizdən onlara bəzi mesajları çatdırmışdı, amma son vaxtlar bu itdi. Ümid edirəm ki, Türkiyə ilə münasibətlərimizdə fərqli, daha yaxşı bir gələcəyə çatacağıq, amma bu tamamilə türklərdən asılıdır".

Tarix
2026.01.26 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla