Yuxarı

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Somali, Sudan və Burundinin müdafiə nazirliklərinin əməkdaşları Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən "World Defence Show 2026" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb.

Bu barədə Axar.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 11-də Somalinin müdafiə naziri Əhməd Müəllim Fiqi, Sudanın müdafiə naziri Həsən Davud Kabroun Kayan və Burundinin müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb.

Görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernizasiyası, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Tarix
2026.02.11 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla