Yuxarı

Mahir Səfərliyə BMT-də yüksək vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahir Səfərliyə BMT-də yüksək vəzifə verildi

Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.

Axar.az xəbər verir ki, BMT QAK məlumat yayıb.

Bildirilib ki, regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.

BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.

Karyerasına əvvəlki mərhələlərində M.Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2016-2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.

M.Səfərli yeni vəzifəsində regionda qaçqınların müdafiəsi sisteminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin həlli istiqamətində fəaliyyətə rəhbərlik edəcək.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiyada, İtaliyada və Norveçdə ixtisasartırma proqramlarından keçib.

Tarix
2026.02.12 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla