Yuxarı

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?

Prezidenti İlham Əliyev Münhendə “France 24” telekanalına müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına heç bir şübhəsinin olmadığını bildirib.

Axar.az xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir:

“Dəhlizin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür.

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq?

15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 günə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhfə verəcək”.

Tarix
2026.02.14 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla