Yuxarı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Prezident qeyd edib ki, Azərbaycan fiziki infrastruktura sərmayələr yatırıb:

"Birmənalı olaraq regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır. Burada Qərb və Şərq baxımından Azərbaycan buna çalışır".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin müvafiq infrastruktur olmasa, bunun mənası hiss edilməz:

"Azərbaycan ərazisi ilə 100 mindən artıq TEO yüklər daşınıb, həcmin artırılması nəzərdə tutulur. Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq".

Prezident bildirib ki, Azərbaycan öz ərazisində dəmir yollarının tikintisinə sərmayələr yatırır:

"Yeni çəkiləcək və bərpa olunacaq dəmir yollarının uzunluğu 600 km olacaq. Bu, Azərbaycanın əsas hissəsində və Naxçıvan eksklavında olacaq infrastrukturdur. Ermənistan ərazisində isə 40 km məsafə olacaq. Bunlar həyata keçirilən kimi Orta dəhlizlə iki marşrut olacaq".

Tarix
2026.02.14 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla