Yuxarı

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

Xəbər verdiyimiz kimi, Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkandan çıxarkən ona sual verməyə çalışan Emin Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz?” cavabı sosial şəbəkələrdə gündəmə çevrilib. E.Hüseynov bunun qarşılığında qadın paltarı geyinmədiyini deyir.

Axar.az xəbər verir ki, hazırda Avropaya sığınan Emin Hüseynov məsuliyyətdən yayınmaq üçün buna 2014-cü ildə cəhd etmişdi.

Emin Hüseynovun qadın paltarında İsveçrə səfirliyində gizlənməsi ilə bağlı ilk məlumat isə “Azadlıq” radiosunda 2015-ci il 12 fevral tarixində tirajlanmışdı. Həmin fakt da İsveçrənin SRF telekanalında yayımlanan “Rundschau” verilişində ortaya çıxarılmışdı.

“Foreign Policy” nəşri Emin Hüseynovun əvvəlcə ABŞ səfirliyinə sığınmaq istəməsindən, lakin səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanın ona kömək edə bilməyəcəyindən yazıb.

“O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı”, - mənbə nəşrə açıqlamasında bildirmişdi.

Proses isə Rəsul Cəfərovun həbsindən və etiraflarından başlamışdı.

“Avqustun əvvəlində E.Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyir ki, Emin Hoqana bir kağız ötürür: “Mənə necə kömək də bilərsiniz? Həbs oluna bilərəm”. Hoqan deyir ki, kömək edə bilməz”, - nəşr yazır.

Bundan sonra isə Emin saçını boyayır, “fərqli” geyinir, üzünə qadınların istifadə etdiyi kremlərdən vurur və İsveçrə səfirliyinə gedir.

Emin Hüseynov niyə qadın paltarında qaçmışdı?

Baş Prokurorluq Emin Hüseynova Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Onun barəsində məhkəmənin 19 avqust 2014-cü il qərarı ilə həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib.

Emin Hüseynovun qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib.

Eyni zamanda onun işçilərinə yüksək əmək haqqıya qol çəkdirərək, çox aşağı məbləğdə vəsait ödədiyi, onların hüquqlarını pozduğu, həmçinin ayrılan qrantları mənimsədiyi haqda RATİ əməkdaşları özləri ictimai şəkildə açıqlamalar vermişdilər.

Tarix
2026.02.15 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla