Yuxarı

Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb

Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.

Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a bildirilib ki, xüsusilə internet üzərindən sifariş edilən arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük təşkil edir.

“Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü təsir edən maddələrin olması müəyyən edilib. Qeyd olunmalıdır ki, vətəndaşlar bu məhsulların tərkibi barədə məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları əldə edib ölkəyə gətirir. “Şəxsi istifadə” adı altında bəyan edilən bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi istehlakçıların sağlamlığı üçün təhlükə yaradır. DGK vətəndaşların diqqətinə çatdırır ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan “arıqladıcı”, “enerji artırıcı”, “müalicəvi” adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır”, - deyə komitənin yaydığı məlumatda qeyd olunub.

Tarix
2026.03.02 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla