Yuxarı

Laricani öldü - İranda nə dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laricani öldü - İranda nə dəyişəcək?

Əli Laricaninin ölümü teokratik İran üçün Qasım Süleymaninin ölümü qədər ciddi itki hesab oluna bilər. Süleymani birbaşa Xameneinin təlimatı ilə İranın “müqavimət oxu” adlandırdığı proksi qüvvələrin idarə edilməsi və coğrafiyasının genişləndirilməsini həyata keçirir, ümumilikdə Yaxın Şərqdə ABŞ və İsrailə qarşı siyasəti dizayn edirdi. Laricani isə həm ideolji, həm xarici siyasət sahəsində mühüm yer tuturdu. İkisini birləşdirən əsas faktor Xameneiyə yaxın olmaları və birbaşa onun təlimatı ilə hərəkət etmələri idi. Süleymaninin ölümündən sonra Laricaninin proksi qüvvələrin idarə edilməsində də rolu güclənmişdi.

Rejim daxilində Laricaninin əleyhdarları vardı, xüsusilə SEPAH-la problemlər yaşadığına dair məlumatlar daha öncə mediaya sızıb. Onun prezidentliyə namizədliyinin qeydə alınmaması, İbrahim Rəisinin dövründə kənarda qalması da bunun nəticəsi kimi qiymətləndirilirdi. Lakin o, hər zaman ideoloji, siyasi və hərbi qərarların qəbulunun mərkəzində olub.

Pezeşkianın gəlişi ilə idarəetmədə aktiv rol oynamağa başlayan Laricani Xameneinin ölümündən sonra müharibədə əsas həlledici fiqura çevrildi. Bunun səbəbi kimi onun Çin və Rusiya ilə diplomatik münasibətlərdə, eləcə də Yaxın Şərq siyasətində açar fiqura çevrilməsi, Xameneinin də belə bir missiyanı Laricaniyə həvalə etməsi görünür.

Praqmatist siyasətçi kimi tanınan Laricaninin post-Xamenei dövründə ABŞ və İsraillə anlaşma xətti tutacağı və İranın idarəçiliyini ələ alacağı gözləntiləri vardı. Lakin o, gözləniləndən daha sərt xətt izlədi.

- Müharibənin regional müstəviyə yayılması;

- ABŞ və İsraillə danışıqlardan imtina;

- Hörmüz boğazının bağlanması və qlobal iqtisadi risklərin yaradılması;

Müharibə şəraitində ölkənin idarəetməsində “kölgə fiqur” kimi qiymətləndirilən Laricani bu siyasəti izlədi. Əslində o, Xameneinin ölümündən öncə vəsiyyətinə-təlimatlarına uyğun hərəkət edirdi. Müharibənin başlanmasından iki həftə sonra hədəf seçilməsində də radikal mövqeyinin həlledici olduğu ehtimalı var.

Laricanin ölümü İranda rejimin dağılması, yaxud təslim olması demək deyil, lakin idarəetmədə ciddi boşluq yarada bilər.

Tarix
2026.03.18 / 17:10
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla