Yuxarı

Bu nazirlikdə kollegiya iclası keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlikdə kollegiya iclası keçirildi

Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial təminat sistemi ildən-ilə gücləndirilir və cari ilin əvvəlindən bu istiqamətdə növbəti addım atılıb: pensiyaların 9,3 faiz indeksləşdirilərək artırılması təmin edilib. Təkcə ilk rüb ərzində pensiya təminatına ayrılan vəsait ötən ilin müvafiq dövrünə nisbətən 200 milyon manat artaraq 2 mlrd. 53 mln. manat olub. Eyni zamanda digər sosial ödənişlərə yönəldilən vəsaitlər artıb.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial müdafiə sahəsində işlərin davam etdirilməsi yanaşı, aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb. O, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatının Nazirlik üçün başlıca fəaliyyət istiqaməti olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu sahədə işədüzəltmə, özünməşğulluq proqramı, peşə hazırlığı proqramı, əmək yarmarkaları, birgə maliyyələşmə proqramı və s. proqramlar icra olunur və getdikcə genişləndirilir. Böyük Qayıdış proqramı üzrə həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların artıq 9470 nəfərinin məşğulluğu təmin edilib, həmçinin 807 nəfər şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri qurulub. Köçürülmüş sakinlərdən 432 şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.

Əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün son bir ildə 300, son illərdə 1600-dən çox peşə və kvalifikasiya standartının hazırlandığı bildirilib. Bu il standartın sayının 1800-ə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.

Əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı bu il aparılmış islahatların işçi hüquqlarının daha güclü müdafiəsini təmin edən mexanizmlərin yaradılması, əmək münasibətlərinin çevik və sosial yönümlü prinsiplər əsasında tənzimlənməsi, eləcə də müasir dövrün tələblərinə uyğun yeni anlayışların hüquqi bazaya daxil edilməsi məqsədi daşıdığı vurğulanıb. Əllliyi olan şəxslərin hüquqlarının qorunması, onların inklüziv cəmiyyətə inteqrasiyasının artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Ötən dövrdə pensiya təyinatlarının proaktiv qaydada aparılması işlərindən bəhs olunub, qarşıdakı dövrdə də Nazirlik tərəfindən sosial xidmətlərin elektronlaşırılması işlərinin davam etdiriləcəyi, proaktiv qaydada təyin edilən sosial ödəniş növlərinin əhatə dairəsinin genişləndiriləcəyi bildirilib. İclasda habelə beynəlxalq əlaqələr, daxili nəzarət və audit sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tarix
2026.04.17 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla