Yuxarı

Ramil Usubov iranlı həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov iranlı həmkarı ilə görüşdü

Daxili İşlər naziri Ramil Usubovun dəvəti ilə İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün Əbdülrza Rəhmani Fəzli və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanı ziyarət ediblər.

Avqust ayında Bakıda üçtərəfli İran- Azərbaycan-Rusiya Yüksək Səviyyəli Sammitin keçirildiyini xatırladan R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib. Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran R. Usubov Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb.

İran daxili işlər naziri deyib ki, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən Ə. R. Fəzli İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü qeyd edib. İran daxili işlər naziri istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Tarix
2016.10.03 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla