Yuxarı

İnancı, dini bir kənara qoyun!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnancı, dini bir kənara qoyun!

Əzadarlığa, bədən-baş yarmağa qarşı çıxan adamlara reaksiyaları görüncə öncələr entuziazmla sərgilədiyim mövqeyimi özüm üçün qəti şəkildə təsdiqlədim.

Dəfələrlə yazılarımızda mesajlar vermişik: "Azad, anlayışlı, dini fanatikliyi olmayan adamların sayını artırmaq, onları qorxutmamaq şərtdi. Onlardan ziyan gəlməz. Maariflənmə, təhsil, azadlıq duyğusu çox vacibdi, bir gün bu cəhalət başımızda çatlayacaq. Televiziyalardakı bu bayağılıq düşünə bilməyən, adekvat olmayan cəmiyyət formalaşdırır və bu təhlükəlidi" - demişik.

"Bir siyasətçinin heykəli" yazısında Qiyasla Bayramın əslində nə bu cəmiyyətə, nə hakimiyyətə ziyanı olduğunu ifadə etməyə çalışmışam. O cür adamlarla anlaşmaq, onlara nəyisə anlatmaq mümkündü. Bu azadlıq qorxulu deyil, çünki elmli azadlıqdı. Onları sıxışdırdıqca, digər yandan qaragüruh, aqressiv çoxluq formalaşır. Onlara isə heç nə izah etmək mümkün deyil.

Mən heç vaxt ümumi mövzulardan və yalnız dindən yazmıram. Bu ölkənin, bu xalqın zirzəmisinə yığılan sudan tutmuş məhbusunacan, bütün problemlərini dilləndirmişəm. Əzadarlığı cəmiyyətimiz üçün təhlükəli hesab edirəm. Bunu dəstəkləyənlərin cavablarını arqumentsiz, pafoslu görürəm. Daha dərin problemlərin qarşısına klassiklərdən ilhamlı misralar seçib çıxmaları üzücüdü. Ən üzücüsü, Rəsulzadənin "din və dövlət", "din və məişət", "din və mədəniyyət" müstəvisində verdiyi mesajları duya bilməməkləridi. Bəlkə də yanılıram, duyurlar, sadəcə, başqa məqsədə yönləndirirlər. Bilirlər ki, kütlə alt qatı görməyəcək, bəlkə oxumayacaq da.
Böyük bir ideoloqun, siyasi xadimin bir ömürlük zəhmətini zəncirdöyməyə haqq qazandırmaq üçün arqument gətirmələri adamı alt-üst edir. Rəsulzadənin islamla bağlı fikirlərini diqqətlə oxuyanda hər nüans aydın olur. Ehtiyatla və taktik o da biz deyəni deyib. Birbaşa, səthi yanaşmaq olarmı o boyda xadimə? Bayrağa olunan rəng əlavəsi də siyasi mahiyyət daşıyırdı. Rəngin gələcəkdə məna dəyişikliyi də çox optimal idi. Necə ki, zaman-zaman aydınlar bunu etməyə çalışıblar. Qara rəng də calaya bilərdi. Etməyib. Təbitəin rəngini saxlayıb...

Rəsulzadə cəhalət xirtdəkdə olanda, Osmanlı, İran əhatəsində nə deyə bilərdi? Nanotexnologiya əsrində yaşayırıq. Bu əsrdə belə Azərbaycanda hansısa siyasətçi xurafatla bağlı açıq fikir deməyə cürət etmir. Dini güclərdən, inanclı xalqdan dəstək almaq üçün lazım olsa, namaz da qılır, ziyarətə də gedir.

Bizim bütün bəlalarımız saxtakarlığımızla bağlıdı. Bütün! Prinsipiallıq bumu?

Deyil təbii. Prinsipiallıq atatürklükdü. Ölkəmizə nəsə olsa, hamımız məhv olarıq. Bura cəhalətin ayaq açmasına imkan vermək olmaz! Əgər bu yolda ilahi bağımızı aşmalı olsaq belə, buna düşünmədən getməyin vaxtı çoxdan çatıb. Çünki bütün təhlükələr sovuşandan sonra inancın cəmiyyətə ziyanı qalmır, əksinə, mədəni hadisəyə çevrilir. Ancaq kiçik bir Suriya, Fələstin olma təhlükəsi bizi yerlə bir edə bilər.

Ona görə də indi inancı, dini bir kənara qoyub qüdrətli Azərbaycan yaratmaq uğrunda hərəmiz bir işin qulpundan yapışmalıyıq. Bu bir ateistin dindarlara cavabı deyil. Bir aydının aydınlara cavabıdı. Sayğılarla…

Tarix
2016.10.16 / 23:26
Müəllif
Aysel Əlizadə
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla