Yuxarı

Prezident ən böyük güzəşti dilə gətirdi - Qarabağ ismarışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda davamlı müharibə Rusiyanın da maraqlarına cavab vermir.

Axar.az xəbər verrir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Ekspert Prezident İlham Əliyevin Rusiyanın "Sputnik" agentliyinə müsahibəsini şərh edib:

"Dövlət başçısı bildirdi ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər". Bu, rəsmi Bakının böyük güzəştidir. Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət" ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: "Muxtar Rüspublika". Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və s. atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, "muxtar respublika" ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. "Muxtar Respublika" ilə bağlı konkret sənəd, yəni təkliflər paketi hazırlanmalı və müzakirə üçün həmsədrlərə təqdim edilməlidir".

Politoloq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəflərini də açıqlayıb:

"Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər" mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın da maraqlarına cavab vermir".

Qeyd edək ki, prezident İlham Əliyev dünən "Sputnik"ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkünlüyünü dilə gətirib və bunun muxtar respublika formasında ola biləcəyini açıqlayıb.

Tarix
2016.10.18 / 21:51
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla