Yuxarı

VHP Krımla bağlı bəyanat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
VHP Krımla bağlı bəyanat verdi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ukraynada, xüsusilə də Krımda baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, bəyanatda Ukraynada baş verən proseslər narazılıqla qeyd olunub.

Bəyanatda deyilir:

Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bütün dünyada ciddi narazılıqlara səbəb olmuşdur. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təzyiqlər Avropaya inteqrasiya yolunu seçmiş digər postsovet ölkələri üçün də təhlükə yaradır.

Rusiya silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı daha sərt şəkildə müqavimət göstərilməlidir. Çünki bu proses postsovet məkanında yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatizmin davamına bənzəyir. Biz Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik.

Ukrayna ətrafında baş verən hadisələrə, xüsusilə Krımın taleyinə Azərbaycan xalqı səssiz qala bilməz. Ukrayna dövlətinin tərkib hissəsi olan bu muxtar vilayətdə yaşayan Krım tatarları adlandırılan türklər soy kök etibarı ilə Azərbaycanla bağlıdır. Zaman-zaman rus imperalizminin repressiya, deportasiya zülmün yaşayan Krım türklərinin yenidən eyni tale ilə üzləşməsi yolverilməzdir.

VHP Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək, azadlıq və demokratiya uğrunda haqlı mübarizədə Krım türklərinin və bütövlükdə Ukrayna xalqının qələbəsinə inanır.

Ukrayna böhranı bu ölkənin Konstitusiyasına və beynəlxalq normalara uyğun şəkildə dinc yolla həll edilməlidir.

Tarix
2014.03.12 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla