Yuxarı

Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur - Politoloq

"Azərbaycan Rusiyanı blokadaya salmaq üçün əsas platformalardan biridir".

Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Qafqaz əməliyyatı - 2

O, son günlər Azərbaycana edilən səfərlərin əsasını Qafqazın çökürdülməsi planının təşkil etdiyini söyləyib:

"Bu səfərlər göstərir ki, Ukraynanın ekspansiyası prosesi çərçivəsində Qafqazın süquta uğradılması əməliyyatı da davam etdiriləcək. Bu bir-biri ilə əlaqəli regionlardır və ona vahid Xəzər-Qaradəniz qövsü kimi baxmaq lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi-siyasi ittifaqı Rusiya və İranın blokadaya salınması prosesini həll edir. Bir tərəfdən isə bu ittifaq mütləq Qərb tərəfindən nəzarətdə saxlanılmalıdır. Əks halda ABŞ və NATO üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki nəzarətsiz ittifaq ABŞ və NATO-nun Xəzər və Mərkəzi Asiyaya çıxış imkanlarını faktiki olaraq bağlayacaq".

Kerri Azərbaycanı Rusiya əleyhinə ittifaqa cəlb edir

Politoloq Con Kerrinin səfərinin Rusiyanı blokadaya salınması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib:

"Con Kerrinin səfəri Moskvanı bütün istiqamətlərdə blokadaya salmaq üçün başlanılmış nümayişlə bağlı hələlik test xarakteri daşıyır. Azərbaycan isə bu mənada əsas platformalardan biri hesab edilir".

NABUKKO reallaşacaq

Q.Trofimçuk NABUKKO-nun reallaşdırılması imkanlarının çox olduğunu deyib:

"İndi Rusiyaya qarşı olan bütün tranzit proyektlərin hamısı onun iqtisadi izolyasiya ilə əlaqədar olaraq həyata keçiriləcək. Hətta bir zaman xəyal kimi görünən və heç bir uğur gətirilməyəcəyi düşünülən NABUKKO layihəsi də reallaşdırıla bilər. Bu dəqiqə əhəmiyyətli olan şey siyasi məqsəddir. Siyasi məqsəd isə Rusiyanı qısa zaman kəsiyində maliyyə blokadasına salmaqdan ibarətdir. ABŞ-dan Avropaya qazın göndəriləcəyi ana qədər yeni dəhlizlərin yaranması da istisna deyil".

Türkmənistan müstəqilliyini itirəcək

O, Avropaya neft ötürülməsi baxımından Azərbaycanın əsas əziyyət çəkən ölkə olacağını bildirib:

"Faktiki olaraq Avropa İttifaqı və Ukraynaya qazın çatdırılması ilə bağlı əsas ağırlıq Azərbaycan kimi ölkələrin payına düşür. NABUKKO-nun reallaşdırılması üçün Vaşinqton hətta Türkmənistanı da əymək məcburiyyətində qalacaq. Yeni geopolitik sistemdə Türkmənistan öz müstəqilliyi və neytrallığını geniş mənada itirməli olacaq".

Tarix
2014.04.07 / 12:17
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla