Yuxarı

Rus səfirliyi Lapşinə görə Bakıya müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfirliyi blogger Aleksandr Lapşinlə görüşmək üçün rəsmi Bakıya müraciət edib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Belorusdakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşı “RİA Novosti”yə açıqlamasında bildirib.

“Biz Aleksandrla görüş istəyən Rusiyanın Azərbaycan səfirliyindəki həmkarlarımızla mütəmadi əlaqə saxlayırıq”, - əməkdaş bildirib.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Üstəlik, Azərbaycan XİN-in qara siyahısında olmasına rəğmən, Ukrayna pasportu ilə Azərbaycana da səfər etməyi bacarıb. Buna səbəb isə Ukrayna pasportunda adının “Aleksandr” deyil, “Oleksandr” yazılması olub.

Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.

Belarus Ali Məhkəməsinə verilən apelyasiya şikayətinə də ötən gün baxılıb. Məhkəmənin qərarı ilə A.Lapşinin iddiası rədd edilib. Belarus Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olmadığına görə Ali Məhkəmə şikayət üçün son instansiya idi.

Ötən gün gecə saatlarında A.Lapşinin Azərbaycana ekstradisiyası baş tutub. Lapşin hazırda Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasındadır.

Tarix
2017.02.08 / 16:46
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla