Heydər Əliyev dövlət böhranını aradan qaldırarkən ilk
növbədə çeviklik, vaxt itirməmək kimi keyfiyyətlər nümayiş
etdirirdi
Nə desək də bir faktı mütləq etiraf etməliyik.
Ukrayna Rusiyanın qarşısına Kiyevin "Dinamo"su Moskvanın
"Spartak" komandasının qarşısına çıxan tərzdə çıxmadı. Kiyev
nümayiş etdirdi ki, içində genetik bir xof qalıb və formanı
dəyişmək hələ məzmunu dəyişmək deyil. Ukrayna oxşar təhlükə ilə
üzləşən bütün keçmiş sovet respublikalarına pis bir nümunə
göstərdi. Buranın əksər məntəqələrində Rusiyaya gözlənilən
müqaviməti biz görmədik. Dövlət müstəqilliyini belə qorumazlar. Hər
halda biz belə görməmişik.
Dövləti qorumaq lazımdır. Yeri gələndə güc tətbiq etmək, hətta
bəzən bütün dünya ilə müharibəyə qalxmaq bahasına olsa belə.
Ukraynada bu gün baş verənlər həm də dövlət institutlarının lazımi
məqamda təpər və qətiyyət nümayiş etdirməməsinin nəticəsidir.
Dövlət müstəqilliyini, onun ərazi bütövlüyünün necə qorunmasını biz
1994-95-ci ildərdə görmüşük. Azərbaycanın qarşılaşdığı problemlər,
üzbəüz dayandığı düşmənlər Ukraynanın bu gün üzləşdiklərindən zəif
deyildi. Azərbaycan da süfrəyə verilmişdi, onu da parçalamağa amadə
olan dövlətlər, qruplar, insanlar var idi. Rusiyanın yedəyində olan
qüvvələr dövləti bölməkdə idilər. Amma Ukraynadan fərqli olaraq
Azərbaycanın Heydər Əliyevi var idi. Ola bilsin ki, artıq
ukraynalılar üçün bütün bunların bizim xatırlamağımızın bir elə
əhəmiyyəti yoxdur, hətta bəlkə də gecdir. Amma bütün hallarda
keçənlərin təkrarı faydalıdır. Heydər Əliyev dövlət böhranını
aradan qaldırarkən ilk növbədə çeviklik, vaxt itirməmək kimi
keyfiyyətlər nümayiş etdirirdi. O qərarlarının doğruluğuna
inandığından, qətiyyətli davranırdı. Məsələn, Xüsusi Təyinatlı
Polis Dəstəsinin iştirakı ilə baş verən qiyamda o əvvəlcə
danışıqlara getdi.
Bunun müəyyən təsiri old. Sonra döyüşçülərə silahı təhvil vermək
barədə müraciət etdi və söz verdi ki, bunu edəcəkləri halda onlara
qarşı cinayət işi başlanmayacaq.
Bu müraciətin də səmərəsi oldu, daha sonra isə hərbi
əməliyyatlara start verildi və bu əməliyyat mümkün qədər qısa
müddətdə həyata keçirildi.
Heydər Əliyev bütün bunlara cəmi 3-4 gün vaxt sərf etdi.
Əvəzində dövlət xroniki hərcmərclik, indi Ukraynanı bürüyən
hakimiyyətsizlik kimi acı aqibətdən yan keçdi.
Amma Heydər Əiyev buna qədər də iki dəfə eyni formadan istifadə
etmişdi. 1993-cü ildə separatçı Əlikram Hümbətovu və onun dəstəsini
zərəsizləşdirərkən, 1994-cü ildə isə baş nazir Sürət Hüseynovun da
cəlb edildiyi dövlət çevrilişinə cəhdi aradan qaldırarkən. Hər iki
halda da operativ müdaxilə, qətiyyət və prinsipiallıq, eyni zamanda
milli maraqlar naminə dövləti ədalət.
Təəssüf ki, həmişə hər yerdə Heydər Əliyev olmur. /ANS/