Yuxarı

Fransanın Bakı ilə bu dildə danışması biabırçılıqdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın Bakı ilə bu dildə danışması biabırçılıqdır

Fransua Olland kimi ermənipərəst siyasətçinin Azərbaycana qarşı sanksiyalar tələbi biabırçılıqdır. Fransanın xarici siyasitə iflic olub.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Parisin ölkəmizə qarşı bu addımını açıq həyasızlıq adlandırıb:

“BMT-nin erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxmasını tələb edən qətnamələrinə baxmayaraq, indiyə qədər təcavüzkar Ermənistana qarşı hər hansı bir təsirli tədbir görülməyib. Olland kimi ermənipərəst siyasətçinin Azərbaycana qarşı sanksiyalar tələbi biabırçılıqdır. Sanksiyalar başqa ölkənin torpaqlarını zəbt etdiyi üçün Ermənistana tətbiq edilməlidir. Görünür, status-kvonu qorumaq üçün müxtəlif fəndlərə əl atırlar. Fransa həmsədr dövlət kimi işğlaçı Ermənistanı müdafiə etməklə birbaşa işğala haqq qazandırır”.

Politoloq bildirib ki, həmsdər bir dövlətin bu dildə danışması çox böyük faciələrə yol aça bilər:

“Təmas xəttində atəşkəsin pozulmasının monitorinqinin aparılması və buna görə sanksiyalar tələbi cəfəngiyyatdır. Məgər Azərbaycan atəşkəsi Ermənistan torpaqlarında pozur? Fransanın başı xarab olub. Açıq-aşkar xristian təəssübkeşliyindən istifadə edərək işğalçıya bəraət qazandırırlar. Ümumiyyətlə, bəzi Qərb dövlətlərinin bu məsələ ilə bağlı məntiqinə heyrət etməmək olmur. Fransanın Azərbaycanın qarşısını almağa çalışması və erməni işğalını hüquqi nöqteyi-nəzərdən əsaslandırmağa çalışması siyasi həyasızlıqdır. Dünya işğala qarşı mübarizə aparır, işğalçıya sanksiyalar tətbiq edir, Fransa isə tamam əks addım atır. Bu, Bakıya qarşı şantajdır, ancaq baş tutmayacaq. Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər mübarizə davam etdiriləcək. İrəvanın qorxulu günləri qabaqdadır”.

Tarix
2017.03.12 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla