Yuxarı

Filarmoniyada 6 musiqi aləti oğurlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından mərhum sənətkar, balaban ifaçısı Mehdi Ələkbər Nəzərliyə məxsus 6 musiqi nəfəs alətləri oğurlanıb".

Bunu əməkdar artist, Mehdi Ələkbər Nəzərlinin nəvəsi Ədilə Əflaki bildirib. Ə.Əflaki bildirib ki, musiqi nəfəs alətlərinin oğurlanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinə məktubla müraciət olunub:

"Mən bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət məktubu göndərdim. Xahiş etdim ki, bu məsələ araşdırılsın və mənə cavab verilsin. Nəfəsli alətlərin üstündə "n" hərifi yazılıb. Mehdi babam Azərbaycan Dövlət Orera və Balet Teatrının solisti olub. Babam dünyasını dəyişəndən sonra bu 6 musiqi nəfəsli aləti Azərbaycan Dövlət Filormoniyasına aparılıb və orada saxlanılıb. Bu alətlər uzun müddət filormoniyanın ekspanatlar sərgisində nümayiş olunub. Bunu tarzən Firuddin Ələkbərli də deyib. O, deyir ki, bu alətlər filormoniyanın sərgisində şüşənin altında olub. Niyazı dünyasını dəyişənə kimi bu 6 musiqi nəfəs aləti orada olub. Niyazi ölən kimi bu alətlər oğurlanıb. Niyazinin vəfatı zamanı ara qatılıb, kim nə istəyib aparıb. Mən deyə bilmərəm o dövürdə Mədəniyyət naziri kim olub. Amma bütün hallarda bu alətlər Azərbaycandan çıxarılıb. Hara satılıb, niyə satılıb, mənə məlumat verilsin". /Aznews.az/

Tarix
2014.04.24 / 09:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla