Yuxarı

Libermanın Bakı səfəri: niyə 5 gün?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və İsrail artıq münasibətlərini bəlli bir bünövrə üzərində qurmağa başlayır və inkişaf etdirir".

Bu sözləri "Axar.az"a politoloq Qabil Hüseynli İsrail Xarici İşlər naziri Avidqor Libermanın Bakıya 5 günlük səfəri ilə bağlı açıqlamasında deyib. Politoloq Libermanın səfərinin heç kimin zərərinə olmadığını düşünür:

"Bu inkişaf hər iki dövlət üçün olduqca əhəmiyyətlidir. Çünki münasibətlərin inkişafı İsrail haqqında formalaşmış anti-müsəlman əhvalını dağıtmaqla yanaşı, onun həm də postsovet məkanına çıxışına və Azərbaycanda möhkəmlənməsinə gətirib çıxarır. Bu baxımdan, Azərbaycan İsrail ilə iqtisadi və hərbi sahədə əməkdaşlıqdan bəhrələnə bilər. Digər tərəfdən, son zamanlar İranın Azərbaycana müəyyən jestləri, xüsusilə İran-Azərbaycan münasibətlərindəki tərəqqi İsrailin müəyyən dairələrində təşviş hissi yaradır. Və onlar bilirlər ki, bu tərəqqi anti-İsrail cəbhəsinə yeriyir. Ancaq onlar yenə də münasibətlərin inkişafı ilə bağlı real təhdidlərlə üz-üzədirlər. Həm də onlar münasibətlərin inkişaf etdirilməsinə baxış etmək fikrindədir".

Politoloqun fikrincə, Azərbaycan ölkələrlə ikitərəfli münasibətləri öz qurur və bu münasibətlərin birinin digərinə heç bir təsiri yoxdur:

"Azərbaycanın hansısa ölkəylə münasibətləri onun digər ölkələrlə münasibətlərinə qətiyyən zərər vura bilməz. Hesab edirəm ki, Liberman kimi bir şəxsin ölkəmizə səfəri İsrail-Azərbaycan münasibətlərinə çox pozitiv təsir göstərəcək və əhəmiyyətli rol oynayacaq. Bu görüş yalnız həm İsrail, həm də Azərbaycan üçün müsbət hadisədir".

Qabil Hüseynli həm də Libermanın Azərbaycanda bir diplomat üçün kifayət qədər böyük zaman sayılan 5 günlük səfərinin mahiyyətinə də toxundu:

"Libermanın Azərbaycanda 5 gün qalması olduqca maraqlıdır. Böyük ehtimalla, Bakıda ciddi danışıqlar gedəcək. O, səfəri zamanı Azərbaycandakı yəhudi diasporası ilə də yaxından maraqlanacaq. Yəqin ki, yəhudilərin çox olduğu Qubaya da səfər edib onların qonağı olacaq. Bilirsiniz ki, yəhudi pasxası da başlayır. Ehtimal ki, bu bayramda dağ yəhudiləri ilə birgə olacaq və bayramı onlarla birgə qeyd edəcək. Səfərinin məqsədinin də sırf bununla əlaqədar olduğunu dünyaya nümayiş etdirməyə çalışacaq. Həmçinin Liberman bununla soydaşlarının qəlbini oxşamaq üçün prinsipial bir addım atmış olacaq".

Xatırladaq ki, təkcə öz ölkəsində deyil, bütün dünyada xarici siyasət və diplomatiya sahəsində nüfuzlu düşüncə sahiblərindən sayılan Liberman Türkiyəyə yönəli sərt mövqeyi ilə seçilir və siyasi dairələrdə "türk düşməni" kimi tanınır. Onun Azərbaycana səfəri və bu səfərin 5 gün çəkməsi həssaslıqla izlənilir.

Tarix
2014.04.29 / 09:28
Müəllif
Elvin Mahmudov
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla