Yuxarı

"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi

"Neftçi" ukraynalı baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalayıb.

Axar.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, “Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

H.Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

"Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".

C.Sümer isə birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

Tarix
2026.06.26 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla