Yuxarı

Vəkili Leyla Yunusun villasından və pulundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəkili Leyla Yunusun villasından və pulundan danışdı

"Əvvəl qoy əziyyət çəkib, Leyla Yunusun xaricdə əmklakını müəyyən etsinlər, sonra da həmin əmlaklar üzərinə həbs qoyarlar və ya dondurarlar".

Bu sözləri hüquq müdafiəçisi Leyla Yunus ətafında baş verənlərə münasibət bildirən vəkil Xalid Bağırov "Axar.az"a dedi.

Xalid Bağırov Leyla Yunusun bankda külli miqdarda pulunun dondurulması və onun xarici ölkədəki evinə həbs qoyulması barədə Baş Prokurorluğun yaydığı məlumatdan danışarkən bildirdi ki. bunlar hələ müəyyənləşməyib:

"Kim Leyla xanımın külli miqdarda pulunun olmasını müəyyən etdi? Hələ əvvəlcə müəyyənləşdirsinlər ki, onun xaricdə evi var, bankda külli miqdar pulu var, sonra həbs qoyarlar.

Xatırladaq ki, Leyla və Arif Yunuslar erməni kəşfiyyatı ilə işləməkdə şübhəli bilinərək həbs edilən tanınmış journalist Rauf Mirqədirovun işi ilə bağlı açılan cinayət işinin istintaqına cəlb ediliblər. Yunus ailəsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda onların bankdan külli miqdarda pul çıxarmaq istəklərinin qarşısının alındığı, hesablarının dondurulduğu və xarici ölkələrdən birində Leyla Yunusun adına ev (villa) sənədinin aeroportda yoxlama zamanı səfər çantasından aşkarlandığı barədə xəbər əksini tapıb.

Tarix
2014.04.30 / 12:52
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla