Yuxarı

"Ermənilər OSA-dan iki raket atmışdı: Cavabı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ermənilər OSA-dan iki raket atmışdı: Cavabı...”

Son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlar çoxşaxəli xarakter almağa başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın hava hücumundan müdafiə qüvvələrinə məxsus OSA zenit-raket kompleksinin Ordumuz tərəfindən məhv edilməsinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, Ermənistana məxsus zenit-raket qurğusunun təmas xəttində yerləşməsi xoşagəlməz bir faktordur:

“Əlbəttə ki, erməni tərəfinin əsas məqsədi birinci növbədə hava sahəsinə nəzarət etmək və Azərbaycanın uçan aparatlarını məhv etmək idi. Bilirsiz ki, bu yaxınlarda həmin kompleksin iki raketi Azərbaycan ərazisinə düşmüşdü. Müdafiə Nazirliyinin ciddi xəbərdarlığına rəğmən, ermənilər bu dəfə zenit-raket kompleksini təmas xəttində yerləşdirdi. Ancaq Azərbaycan Ordusu dərhal bu təxribatın qarşısını aldı. Rəsmi Bakı bununla İrəvana göstərdi ki, bu tipli təxribatların qarşısı dərhal alınacaq və bunun üçün Azərbaycanın lazımı müasir silah-sursatı var. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı təmas xəttində gərginliyin artması, cəbhədə ermənilər tərəfdən hər hansı bir təxribatın gedişi ilə əlaqədar bir neçə dəfə Ermənistana öz xəbədarlığını edib. Eyni zamanda, Müdafiə Nazirliyinin də Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı bir texnikanın yerləşdirilməsi ilə bağlı təhlükənin qarşısını alınacağına dair tapşırığı var. Ermənistana məxsus OSA zenit-raket kompleksinin məhvi bir tərəfdən də praktiki şəkildə ordudakı müasir silahların gücünü və Azərbaycan Silahlı Qüvvələrindəki hərbiçilərin yüksək peşəkarlığını ortaya qoydu”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Tarix
2017.05.17 / 08:55
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla