Yuxarı

"Eldar Namazov MŞ rəhbərliyindən getsin" - Tələb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Eldar Namazov MŞ rəhbərliyindən getsin" - Tələb

"Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir. Verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır. Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi, bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar".

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli "feysbuk" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov sabiq spiker Rəsul Quliyev kimi Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edir: "Eldar Namazov müsahibəsində deyib ki, Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəkləyirdik və kampaniyada iştirak edirdik. Onun sözündən belə çıxır ki, Cəmil Həsənlinin 0,5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. Eldar Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib".

Partiya sədri qeyd edib ki, Rəsul Quliyev də Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb: "Eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib. Demokratik siyasi müxalifətə münasibətdə irtica ideoloqlarının siyasi leksikonundan qətiyyən fərqlənməyən, həqarət nümayiş etdirən Rəsul Quliyev iqtidara münasibətdə nəinki loyallıq, açıq şəkildə yarınmaq taktikasına üstünlük verir ki, bu da həmin şəxsin mənəvi deqradasiyasını göstərir".

Tarix
2013.11.20 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla