Yuxarı

AYB qalmaqallı məkanı 8 minə icarəyə veribmiş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçılar Birliyinin balansında yerləşən məkanı “Kafe 26-lar” kimi çalışdıran Ramin Ruslan oğlu Məmmədovla YB arasında icarə müqaviləsinin surəti yayılıb.

Axar.az xəbər verir ki, Musavat.com-un yaydığı sənədlərdə müqavilənin 14 mart 2017-ci ildə 2,5 il müddətinə bağlandığı görünür. Müqavilənin şərtinə görə, Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi-53 binanın birinci mərtəbəsində Birliyə məxsus olan, xaqani küçəsinə baxan, sahəsi 230 kv/m ərazi icarəyə verilib.

İcarəçi hər ayın 25-dən gec olmayaraq, aylıq 8 min manat icarə haqqı verməyi üzərinə götürüb. Müqavilədə işıq və beynəlxalq danışıqlara aid telefon xərcləri də daxil olmaqla, bütün kommunal xərclərin icarəçi tərəfindən ödənilməsi də əksini tapıb.

Müqavilə icarəçi olaraq Ramin Məmmədov, icarəyəverən qismində AYB-nin katibi Çingiz Abdullayev imzalayıb.

Xatırladaq ki, adının “26-lar” olması birmənalı qarşılanmadığından, kafe 8 sentyabrda Bakı şəhər meri Hacıbala Abutalıbovun müdaxiləsi ilə qapadılıb.

Tarix
2017.09.11 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla