Yuxarı

Cənubi Azərbaycan yenidən parçalanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzvin və Həmədan vilayətlərini Zəncan və Ərdəbildən ayırıb Kürdüstana "yoldaş" etdilər.

İran rejimi Azərbaycan türklərinin Urmiyə gölü ətrafından kütləvi şəkildə köçürülməsi planını işə salmasının ardınca növbəti layihəsinə start verib. İran daxili işlər nazirinin idari inkişaf və insan qaynaqları üzrə müavini Cavad Nasiriyanın açıqlaması da bunu sübut edir.

Nazir ölkənin 5 idari bölgəyə bölünməsi ilə bağlı məlumat verib. Beləliklə, onsuz da ostanlıqlara bölünən zaman parçalanan tarixi Azərbaycan torpaqları yenidən tikə-parça edilib. C.Nasiriyanın dediyinə görə, yeni layihədə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Gilan və Kürdüstan vilayətləri 3-cü bölgə tərkibində yer alacaq. C.Nasiriyan bölünmələrdə vilayətlər arasında yaxınlıq, coğrafi mövqe və ortaqlıqların nəzərə alındığını söyləyib. O, bu ortaqlıqların hansı növdən olduğunu açıqlamayıb.

Yeni idari sistemdə vilayətlərin etnik strukturu nəzərdə tutulmayıb. "Ümumi Mədəniyyət Şurası"nın göstəricilərinə görə, əhalisinin əksəriyyəti türklərdən ibarət olan Qəzvin və Həmədan vilayətləri digər Azərbaycan vilayətləri kimi 3-cü bölgədə deyil, 1-ci və 4-cü bölgədə yer alır. Həmçinin kürdlərin sıx yaşadığı Kürdüstan və Kirmanşah əyalətləri də eyni idari bölgəyə daxil edilmir.

GünAz TV-nin xəbərinə görə, 3-cü bölgənin idari mərkəzi Şərqi Azərbaycan vilayətində yerləşəcək. Yeni idari sistemlə bağlı yayılmış məlumat İranın siyasi qrupları, xüsusilə federalizm tərəfdarlarının gündəmindədir.

Məntəqə bölgüsü belə olacaq:

Tehran məntəqəsi - bu məntəqəyə Tehran, Qəzvin, Mazandaran, Simnan, Gülüstan, Əlbürz və Qum əyalətləri daxildir;

İsfahan məntəqəsi - İsfahan, Fars, Buşehr, Çarmahal Bəxtiyari, Hormozqan və Kohkiluye və Boyerəhməd əyalətləri daxildir;

Şərqi Azərbaycan məntəqəsi - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan və Kürdüstan əyalətləri daxildir;

Kirmanşah məntəqəsi - Kirmanşah, İlam, Loristan, Həmədan, Mərkəzi və Xuzistan əyalətləri daxildir;

Xorasani Rəzəvi məntəqəsi - Xorasani Rəzəvi, Cənubi Xorasan, Şimali Xorasan, Kirman, Yəzd, eləcə də Sistan və Bəlucistan əyalətləri daxildir.

Müşahidəçilər hesab edir ki, İran rejimi Azərbaycan türklərinin və kürd bölgələrini bir quruma tabe etdirməklə etnik türklər və azərbaycanlılar arasında nə vaxtsa konflikt ocaqlarını yaratmaq, onların başını qatıb diqqəti fars şovinizmindən yayındırmaq istəyir. Eyni zamanda Tehran 40 milyona yaxın türk faktorunu zəiflətmək üçün tarixi Cənubi Azərbaycan bölgələrini ayrı-ayrı idarəçilik sisteminə tabe etdirir.

Tarix
2014.06.25 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla