Axar.az
Yuxarı

Bayrağımızı endirənin cəzasını Türkiyə verəcək - Etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisənin səbəbi mütləq araşdırılmalı və bayrağımıza qarşı etdiyi bu hörmətsizliyə görə cavabehlik daşıyan həmin şəxs sərt cəzalandırılmalıdır.

Bu sözləri Axar.az-a Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun qərarı ilə Azərbaycan bayrağının endirilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili Azərbaycan bayrağına qarşı edilən bu hörmətsizliyi sərt qınayıb:

“Əgər həmin adam dəli olubsa, onun müalicəsi üçün ya Azərbaycandan həkimlər göndərək, ya da Türkiyədən xahiş edək ona həkim versin. Türkiyə universitetlərinin birində Azərbaycan bayrağı endirilirsə, bu, çox ciddi bir töhmətə layiqdir və buna da sərt reaksiya verilməlidir. Açığı, bu məsələdə hər hansı bir şəkildə ölkəmizin bayrağına qarşı bu cür addımı çox mənfi qiymətləndirirəm. Türkiyənin həmin şəxsin əməlinə ciddi qiymət verməsi vacibdir. İnanıram ki, Türkiyədə böyük əksəriyyət bu məsələyə öz etirazını bildirəcək”.

Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, sözügedən hadisə Türkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyənlərin planı ola bilər:

“Türkiyədə Azərbaycan bayrağına qarşı belə bir addım yolverilməzdir. Baş verən hadisəni qəti şəkildə qınayırıq. Həmin şəxsin bu hərəkəti bəlkə onun erməni mənşəli olmasından qaynaqlanır. Ola bilsin ki, o şəxs heç türk də deyil və soyadını dəyişərək özünü türk kimi qələmə verən ermənilərdəndir, yaxud da müxtəlif əqidələrə xidmət edənlərdəndir. Ara qarışdırmaq istəyənlər və Türkiyə-Azərbaycan dostluğunu həzm edən bilməyənlərin bu cür avantürist addımaları gec-tez Türkiyədə cəzasını tapır. Ölkəmizə qarşı belə hərəkətə yol verdiyi üçün həmin şəxsin cəzasını universitet rəhbərliyinin və Türkiyə dövlətinin verəcəyinə inanıram”.

Qeyd edək ki, Uludağ Universitetinin İqtisadiyyat fakültəsindən Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub.

Tarix
2017.12.18 / 13:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan polisi erməni uşaqları başa saldı ki... – Video

Azərbaycanlılar İran pasportu ilə gəlir - Ermənilər panikada

Rusiya MN-in xəritə təxribatı: Qarabağdakı ərazi “genişləndi”

30 illik işğal Ağdamda dərin izlər buraxıb - Klaar

Paşinyandan Zəngəzur mesajı...

Qarabağda erməni terrorçu yaralandı

Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan

Toyvo Klaar Ağdama gəldi

Türkiyə Azərbaycanla keçirilən təlimlər barədə məlumat yaydı

Almaniya 353 azərbaycanlının müraciətini rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla