Yuxarı

Azərbaycanlı jurnalist Ərəbistan və Türkiyəni bir-birinə qatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı jurnalist Ərəbistan və Türkiyəni bir-birinə qatdı

Gülən-Ərdoğan davası Ərəbistana çatıb.

Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyə" televiziyasının internet saytı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ailə dostunu İŞİD-ə maliyyə ayırmaqda ittiham edib.

Axar.az Türkiyənin "Odatv.com" saytına istinadən xəbər verir ki, beynəlxalq aləmdə adı islamçı terror qruplaşmaları ilə birgə hallan iş adamı Yasin əl-Qazi telekanalda İŞİD-lə əlaqələndirilib.

Xəbəri Gülən hərəkatı yazdırıb

Ancaq xəbərdə diqqət çəkici əsas detal başqadır. Xəbəri, Ərdoğanı Tvitterdə tənqid etdiyinə görə Türkiyədən deportasiya edilən "Todays Zaman"ın jurnalisti Mahir Zeynalov yazıb. Fətullah Gülən hərəkatına aid olması çoxlarına bəlli olan Azərbaycan əsilli jurnalistin bəhs olunan xəbəri sifarişlə yazdığı iddia edilib.

Gülən camaatının ingilisdilli qəzeti olan "Todays Zaman"da yazarlıq edən Mahir Zeynalovun imzası ilə yayımlanan "IŞİD: Ankaranın yaramaz uşağı" başlıqlı xəbərində əl-Qadinin IŞİD ilə yaxın əlaqədə olduğu və təşkilata maliyyə dəstəyi verdiyi yazılıb.

Ərdoğanın ailə dostu olan ərəb iş adamı Yasin əl-Qadinin İraq və Suriyada İslam Dövləti elan edən İŞİD terror təşkilatı ilə əlaqəsinin olması ilə bağlı yayımlanan material "əl-Ərəbiyə" kanalı tərəfindən dünən təkzib edilib.

Tarix
2014.07.23 / 16:49
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla