Yuxarı

Ərdoğan İlham Əliyevlə görüşəcək - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İlham Əliyevlə görüşəcək - Təcili

"Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir.

Bu isə Türkiyə Cümhuriyyəti olaraq bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq nümayişidir".

Bu açıqlamanı Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun verib.

Səfir bildirib ki, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb.

"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik".

Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.

APA

Tarix
2014.08.03 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla