Yuxarı

Şəhid atası: “Oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid atası: “Oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı”

Kimisi idmanda qalib gələrək bayrağımızı qaldırır. Kimisi digər sahələrdə uğur qazanaraq bayrağımızı ucaldır. Mənim də oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı.

Bunu Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını dəf edən zaman Azərbaycan Ordusunun şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçusu Əhmədov Qaryağdı oğlunun Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan atası Eldar Əhmədov deyib.

E.Əhmədovun sözlərinə görə, o fəxr edir ki, oğlu Vətən uğrunda şəhid olaraq ailəsinin adını uca eləyib: "İndi ermənilərin işğal etdikləri yerləri vaxtilə mən qarış-qarış gəzmişəm. Bir ata kimi sağ qalan iki övladımla bir yerdə Vətən yolunda canımızdan keçməyə hazırıq".

Şəhidin silah yoldaşı və dostu müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu Anar Həsənov bildirib ki, Q.Əhmədov düşmənin snayper gülləsinə tuş gələrək həlak olub. A.Həsənov deyib ki, artıq 5 ildir ki, Qaryağdı ilə Quzanlı qəsəbəsində eyni məhəllədə yaşayırlarmış: "Qaryağdı çox gözəl insan idi. Daim döyüşə can atırdı. Orduya da bu məqsədlə gəlmişdi. Avqustun 1-də torpağa basılan gün onun doğum günü idi. Qaryağdının düz 22 yaşı tamam olan gün dəfn olundu. Dostum toya hazırlaşırdı. Cəmi 15 gündən sonra nişanı olacaqdı, amma... şəhid oldu..."

Qeyd edək ki, Qaryağdı Əhmədov iyulun 31-dən avqustun 1-nə keçən gecən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən düşmən hücumlarının hücumunu dəf edən zaman şəhid olub.

Tarix
2014.08.09 / 08:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla