Yuxarı

“Jurnalist psixologiyasının gücü...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Jurnalist psixologiyasının gücü...”

"Jurnalist peşəsini alim, ziyalı, bəzən isə həkimlik sənətinə bənzədirəm" .

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Dəyanət Rzayev jurnalist psixologiyasına toxunarkən deyib.

Psixoloq jurnalist psixologiyasının şəxsiyyətə görə dəyişdiyini bildirib:

"Bu, həqiqətən də belədir. Jurnalist psixologiyası şəxsiyyətə görə dəyişir. Peşə etibarilə çox yüksəkdə dayanan və dəyəri ölçülməyən bir sənət olduğundan, jurnalistin psixologiyasında standart meyarlar yoxdur. Hesab edirəm ki, psixoloji baxımdan jurnalistlər çox güclü olurlar. Bu bütün dünyada belədir və eyni zamanda bütün sənətlərin bir peşədə cəmləşməsindən irəli gəlir. Jurnalist peşəsi həkimlik sənəti kimi çətin və diqqəti sevəndir. Bəzən hansısa təhlükəyə göz qırpmadan belə getmək bu sənətin mötəbərliyini daha da artırır. Və bundan irəli gəlir ki, onların fərqli və güclü psixologiyaları var. Buna görə də jurnalistlər hər situasiyada neytrallığı qorumağı bacarmalıdır. Jurnalist olan şəxs necə ki təhlükədən qorxmur, neytrallığı da elə olmalıdır. Onların həssaslığını və daxili zənginliyini alimlə, ziyalı ilə müqayisə etmək olar. Çətinliyinə və diqqət tələbinə görə isə həkimlik sənətilə bərabər tutulur".

Tarix
2014.09.04 / 02:44
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla