Yuxarı

Elmar Məmmədyarov avstriyalı jurnalistlərə məsləhət verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov avstriyalı jurnalistlərə məsləhət verdi

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət regionun başqa ölkələrindən, hətta Avropadan da daha yaxşıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın XİN rəhbəri ilə görüşün sonunda keçirilən mətbuat konfransında bildirib.

"İnsan hüquqları və demokratik dəyərlərin pozulmasında Azərbaycanı ittiham etməzdən əvvəl mən Avstriya jurnalistlərinə regionun və hətta Avropanın başqa ölkələrində insan hüquqları ilə bağlı vəziyyətlə tanış olmağı məsləhət görərdim. Avropa Birliyinin fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmətdir. Əgər jurnalist başqa ölkənin ərazilərinə qanunsuz baş çəkirsə, onda bu qanun pozuntusundur", - Məmmədyarov Azərbaycanın avstriyalı jurnalistə vizanın veriməməsini şərh edərkən bildirib.

E.Məmmədyarov deyib ki, avstriyalı jurnalisti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edib və ona vizanın verilməsindən imtina bununla bağlıdır:

"Hamı başqa ölkələrin qanunlarına hörmət etməlidir və Avropa institutlarının arxasında gizlənməməlidir".
Öz növbəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə onun ölkəsinin jurnalistinin səfəri qanunsuz idi.

"Mən Azərbaycan tərəfinin narahatlığını anlayıram. Azərbaycanın işğal edilmiş ərazilərinə Avstriya jurnalistinin səfəri qanunsuzdur".

Tarix
2014.09.11 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla