Yuxarı

Yəhudi ekspert: “Niyə Tehran Bakıya görə İrəvanı qınamır?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi ekspert: “Niyə Tehran Bakıya görə İrəvanı qınamır?”

"İsraildə hər zaman Azərbaycanın prinsipial və müstəqil davranışları yüksək qiymətləndirilir".

Bu sözləri Axar.az-a açıqlamasında israilli siyasi ekspert Arye Gut söyləyib. O, İsrailin Azərbaycana ən qabaqcıl müdafiə texnologiyalarının tədarükçüsü olduğunu deyib:

"Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və hər iki xalq üçün mühüm strateji xarakter daşıyır. İsrailin Müdafiə nazirinin Azərbaycana son səfəri bu münasibətlərin inkişafında yeni səhifə açdı. Münasibətlərdə əhəmiyyətli yeri dövlətlərarası siyasi münasibətlər tutur ki, bu münasibətlər də İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycan Prezidenti İlham Əliyevin səmimi münasibətlərində öz təzahürünü tapır. İsraildə hər zaman Azərbaycanın prinsipial və müstəqil davranışları yüksək qiymətləndirilir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir, Azərbaycanın mühüm strateji tərəfdaşıdır, eləcə də bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür. İsrail dövləti Azərbaycan rəhbərliyinin ölkədəki 20.000-lik yəhudi icmasına göstərilən səmimi və xoş münasibətdəki rolunu yüksək qiymətləndirir. Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmayıb. Biz bu tolerantlıq və multikulturalizm faktoru ilə qürur duyuruq. Azərbaycan sivilizasiyalararası dialoqun əyani və bariz nümunəsidir. Mənə istər müsəlman, istərsə də xristian olsun - elə bir ölkə göstərin ki, orada prezidentin və birinci xanımın hamiliyi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, belə bir ölkəni sadəcə tapa bilməyəcəksiniz".

Ekspert İranın heç bir zaman Azərbaycanın yürütdüyü siyasətlə razılaşmadığını bildirib:

"Bu tarixi faktdır ki, Azərbaycan rəhbərliyinin dünyəvi dəyərlərin müdafiəsi ilə bağlı yürütdüyü məqsədyönlü siyasət İranı qane etmir. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra İranın anti-qərb radikalizmindən uzaq olan çox vektorlu xarici siyasət aparır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İran İslam Respublikasının işlərinə qarışmaq niyyətində deyil və Azərbaycan əraziləri Qərbin İrana qarşı mümkün hərbi əməliyyatları zamanı istifadə edilməyəcək. Əvəzində Azərbaycan ərazisini işğal edən Ermənistan Cənubi Qafqazda İranın yeganə strateji tərəfdaşıdır. Rəsmi Tehran bütün dünyaya əzabkeş və əzilən müsəlmanların müdafiəsinə qalxdığını nümayiş etdirir. Burada isə müsəlmanların yaşadığı və 600 km sərhədə malik olduğu, torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal edilən və 1 milyon müsəlman qaçqını olan Azərbaycana təcavüz edən dövlətlə münasibətlər yaradır. Belə bir sual yaranır: nə üçün İranın siyasi elitası və rəhbərliyi əhalisinin əsasən islam dininə etiqad etdiyi Azərbaycanın 20% ərazisini işğal edən Ermənistanı qınamayıb? Nə üçün İran BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edən 4 qətnaməsini yerinə yetirməyən ölkəni dəstəkləyir?"

Tarix
2014.09.24 / 10:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla