Yuxarı

Uitkoffla Uşakovun danışığı mediaya sızdırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uitkoffla Uşakovun danışığı mediaya sızdırıldı

“Blumberq” agentliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun telefon danışıqlarının iki transkriptini dərc edib.

Axar.az xəbər verir ki, transkriptlərdən biri Uitkoffla Uşakov arasında söhbətin səs yazısıdır.

Digəri isə Dmitriyev və Uşakovun danışığıdır.

Nəşr iddia edir ki, Uitkoff Uşakovla ABŞ Prezidenti Donald Trampla ünsiyyət strategiyasını müzakirə edib.

O, həmçinin Qəzzada əvvəllər təqdim edilənə bənzər 20 maddəlik sülh təklifi hazırlamağı təklif edib. Zəng 14 oktyabrda baş tutub.

Uitkoff: Düşünürəm ki, Rusiya-Ukrayna münaqişəsini həll etsək, hamı sevincdən tullanacaq.

Uşakov: Bəli, yalnız bir problemi həll etməlisiniz.

Uitkoff: Hansını?

Uşakov: Rusiya-Ukrayna müharibəsini.

Başqa bir zəng oktyabrın 29-da baş tutub. Dmitriyev Uşakova münaqişənin həlli ilə bağlı Rusiyanın planını Ağ Evə çatdırmaq niyyətində olduğunu bildirib:

“Bu sənədi sadəcə öz mövqeyimizdə olduğu kimi hazırlayacağıq və bütün bunların qeyri-rəsmi olduğunu birbaşa bildirəcəyəm. Və qoy bunu özləri düzəltsinlər. Düşünürəm ki, onlar bizim dəqiq versiyamızı götürməyəcəklər, amma heç olmasa mümkün qədər ona yaxın versiyanı götürəcəklər”.

Tarix
2025.11.26 / 09:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” kimlərdir?

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla