Yuxarı

Tanınmış vəkil sayt yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış vəkil sayt yaratdı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Hüquqi biliklərin inkişafı və vətəndaşların yeni qanunlar ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində yaradılan www.muvekkil.az hüquq saytının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təqdimatda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən layihənin başa çatdığını bildirib. S.Vəkilov əlavə edib ki, icra olunan layihənin əsas məqsədi vətəndaşların hüquqi biliklərinin artırılmasıdır:

"Bu istiqamətdə əsasən yeni qəbul olunmuş qanunların əhaliyə izah edilməsi, əhalinin ən çox istifadə etdiyi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunan müraciət formalarının hazırlanması və digər hüquqi sənədlərin vətəndaşlara əlçatanlığını təmin edilməsi layihənin əsas vəzifələrindəndir. Qeyd olunan materiallar hazırlanaraq vahid bazada — www.muvekkil.az – hüquq portalında toplanıb. Belə ki, hüquq portalında yeni qəbul olunmuş 10 qanunvericilik haqqında informasiya, qanunların şərhi ilə bağlı 10 məqalə və əhalinin ən çox rastlaşdığı məsələlərlə bağlı 43 nümunəvi sənəd forması yerləşdirilib".

Koordinator S.Vəkilov əlavə edib ki, layihə bitdikdən sonra da qanunvericiliklə bağlı informasiya və materialların sayta daxil edilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar" klubunun sədri Fuad Rəsul, "Digesta" Hüquq nəşriyyatının rəhbəri Ərşad Hüseynov və digər natiqlər də hüquq saytı və layihə ilə bağlı təkliflərini və fikirlərini bölüşdülər, hüquqi maarifləndirməyə ehtiyac olduğunu diqqətə çatdıraraq, bu kimi layihələrin və portalların vətəndaşlar üçün əhəmiyyətlini qeyd etdilər.

Tarix
2014.09.30 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla