Yuxarı

Dünyanın ünlü simaları Azərbaycanın rayon ziyalıları ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ünlü simaları Azərbaycanın rayon ziyalıları ilə görüşdü

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə videokonfrans keçirilib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Axar.az-a verilən məlumata görə, videokonfransda IV Bakı Beynəlxalq Humanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, yazıçılar, ictimai xadimlər, Azərbaycanın 13 bölgəsindən olan ziyalılar iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq videokonfransa qatıldıqlarına görə təşəkkürünü bildirib. O.Səmədov deyib ki, Forum iştirakçıları Prezident İlham Əliyevin "Azərbaycanda multikulturalizm artıq həyat tərzinə çevrilib" fikrinin canlı şahidinə çevriliblər, ölkəmizdəki tolerant mühitlə yaxından tanış olublar.

Dünyanın nüfuzlu elm və siyasi xadimləri – İtaliyanın "Il Sole" qəzetinin redaktoru Sandro Teti, professorlar Franco Cardin, Armando Massarenti, mühəndis-alim Laura Peretti, fransalı professor Miçel Bozdemir, Malaziyanın Bermama Agentliyinin baş direktoru Yonq So Heonq, ingiltərəli professor Svetlana Kurtes, almaniyalı professorlar Ziqlinde Hartmann, Klaus Volf, Hendrix Busxotten və rusiyalı yazıçı Aleksandr Petrovic Bondarev ilə Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkəranda olan ziyalılar və ictimai fəallar onlayn formada fikir mübadiləsi aparıblar.

Xarici qonaqlar yerlərdəki ziyalılarla IV Bakı Beynəlxalq Humanitar Forumuna dair təəssüratlarını bölüşüb, onların suallarını cavablandırıblar.

Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə aktivliyini artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.

Tarix
2014.10.04 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla