Yuxarı

Şəmşad Ağa "Qaynar"dan getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmşad Ağa "Qaynar"dan getdi

Jurnalist-yazar Şəmşad Ağa Qaynar.info-nun baş redaktoru vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bu barədə "Aktual.az"a redaksiyada çalışan əməkdaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, baş redaktor harada çalışacağını deməyib.

Bundan sonra Qaynar.info-ya saytın təsisçisi tanınmış yazar Zahir Əzəmətin özü rəhbərlik edəcək.

Mövzu ilə bağlı Aktual.Az-ın əməkdaşı Şəmşad AĞA ilə əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib və saytdan könüllü ayrıldığını deyib: "Qaynar.info baş redaktor kimi çalışmağım üçün bir növ təcrübə oldu. Buna qədər müxbir və redaktor kimi bir sıra qəzetlərdə və saytlarda çalışmışdım. Jurnalist fəaliyyətim daha çox internet media sahəsində olub. Hesab edirəm ki, Qaynar.info-da çalışdığım müddətdə də böyük uğurlar əldə etdik. Ən əsası qərəzsiz, vicdanlı mövqe sərgilədik. Qaynar.info ölkədə yaranan və sözünü demiş internet media resurslarındandır. Bu sayt 2007-ci ildə Zahir Əzəmət tərəfindən yaradılıb, təsisçi özüdür. Ona görə də fikirləşdim ki, bir az da öz şəxsi layihələrim üzərində düşünüm. Yəni oradan ayrılmağım sırf şəxsi layihələrimlə bağlı oldu".

"Zahir Əzəmətlə aranızda hər hansı bir problem yaşanmayıbmı" sualına isə o, belə cavab verib: "Biz Zahir Əzəmətlə 10 ildən çoxdur ki, dostuq. Qaynar.info-dan getməyim Zahir Əzəmətlə münasibətlərimizə heç bir təsir etməyəcək. Səmimi şəkildə razılaşıb bu qərarı verdim".

Qeyd edək ki, Şəmşad AĞA əvvəllər "Paralel", "Gündəlik Bakı", "Doğru Xəbər" qəzetlərində, həmçinin "24saat.Az", "7Gun.Az", "Bizimxeber.az", "Publika.Az" və "Gündəlik Teleqraf" qəzetinin saytı "teleqraf.com" kimi internet media orqanlarında çalışıb.

2013-cü ilin yanvar ayından "Qaynar.info" saytının baş redaktoru olub

Tarix
2014.10.06 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla