Yuxarı

“Rusiya bilməlidir ki, Naxçıvan Türkiyə zəmanətindədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya bilməlidir ki, Naxçıvan Türkiyə zəmanətindədir”

"Rusiya anlamalıdır ki, Naxçıvan 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən, Türkiyənin zəmanətinə verilib".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Bordyujanın Naxçıvan səfərinin Ermənistanın daxili auditoriyasına hesablandığını deyib:

"Oktyabrın 10-da Ermənistan Avrasiya İttifaqına qəbul olunmalıdır. Ermənistanın özündə bununla bağlı bir təlatüm var. Müxalifət və müxtəlif siyasi qüvvələr Sərkisyanı devirməyə cəhd edir. Belə olan halda erməni əhalisini sakitləşdirmək üçün müxtəlif siyasi manevrlər etmək gərəkdir. Bunlardan biri də Nikolay Bordyujanın səfəri ola bilər. Mövqe etibarı ilə Bordyuja böyük adam deyil. Amma Naxçıvan istiqamətində səfər etməsi hərbi xarakterli mesajların təlqini kimi baş düşülməlidir. Onsuz da Ermənistan cəmiyyətində çoxdan Naxçıvanla bağlı fantaziyalara yol verilir. Amma Rusiya anlamalıdır ki, Naxçıvan 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən, Türkiyənin zəmanətinə verilib. Bu nöqteyi-nəzərdən Bordyujanın səfəri daha çox daxili bazara, erməni əhalisinin əhval-ruhiyyəsinin yaxşılaşdırılmasına yönəlib. Bu həm də Ermənistanın Avrasiya İttifaqına qəbulunu rahat yola verməkdən ötrüdür".

Politoloq "beşinci kolon"un Azərbaycanda daim fəal vəziyyətdə olduğunu bildirib:

""Beşinci kolon" Azərbaycanda hər zaman ayaq üstədir və fəaldır. Onlar müəyyən qədər təşkilatlanıblar. Hətta indinin özündə də təşkilatlanmağa davam edirlər. Amma bu ölkələrdə "beşinci kolon"un proseslərə təsir etmək imkanları çox zəifdir. Onlar hətta Rusiyanın aktiv yardımı olsa da, nəyisə ərsəyə gətirmək gücünə malik deyillər. "Beşinci kolon"un fəallaşması Rusiyanın bu bölgədə möhkəmlənməsinə kömək edə bilməz".

Tarix
2014.10.09 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla