Yuxarı

Azərbaycan İranla şərikli media komissiyası yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İranla şərikli media komissiyası yaradır

Azərbaycanla İran arasında televizya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması gözlənilir.

Bu barədə Axar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.

Bu gün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Rabitə və Yyüksək Texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə radio və televiziyada birgə yayımların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Ə.Abbasov Azərbaycanla İran arasında televiziya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması təklifi ilə çıxış edib. Nazir qeyd edib ki, hazırda teleradio yayımını həyata keçirən qurumlarla danışıqlar aparılır və müəyyən qərarlar qəbul edildikdən sonra bu haqda ətraflı məlumat veriləcək:

"Müştərək media komissiyası ilə bağlı ətraflı müzakirələr aparılacaq. Müzakirələrdən sonra birgə komissiyanın yaradılması üçün bəzi hüquqi prosedurlar müəyyənləşdiriləcək".

İ.Zərqami təklifi məmnuniyyətlə qəbul edib. O, qonaq ölkələrin televiziyaları tərəfindən birgə proqram və verilişlər hazırlanmasını istədiklərini bildirib.

Görüşdə həmçinin birgə komissiyanın fəaliyyəti ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Tarix
2014.10.10 / 15:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla