Yuxarı

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

"Bu yaxınlarda baş tutan Xəzəryanı ölkələri rəhbərlərinin zirvə görüşünün ardınca MDB dövlət başçılarının Belarusiyada görüşü məhz Rusiyanın gövdə nümayişidir".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın mesajlarının artıq açıq formata keçdiyini bildirib:

"Rusiyanın Azərbaycanda çevriliş etmə cəhdləri hələ də qalır və təhlükə sovuşmayıb. Çevriliş üçün iki faktor önəmlidir. Bunlar hərbi güc və maliyyə sektorudur. Çox təəssüflər olsun ki, hər iki sektorda Kreml diqtəsi ilə işləyən şəxslər var. Bunlardan rəsmi bakı da məlumatlıdır. Bu yaxınlarda baş tutan Xəzəryanı ölkələri rəhbərlərinin zirvə görüşünün ardınca MDB dövlət başçılarının Belarusiyada görüşü məhz Rusiyanın gövdə nümayişidir. Putin ətrafına "sizi hər an işğal edə və devirə bilərəm" mesajı verir. Əvvəllər bu mesajlar üstü örtülü diplomatik xarakter daşıyırdısa, hazırda açıq şəkildə, sözlə deyilir. Rusiya iqtisadi böhran astanasındadir. Təbii ki, o, bu bataqlıqda tək batmaq istəmir və ardınca özü ilə bir yerdə təsir dairəsi güclü olan dövlətləri də dartıb aparmaq istəyir. Rusiya əvvəllər Qarabağ faktorundan istifadə edirdisə, indi həmçinin müəyyən daxili məkanlarda təxribatlarla məşğuldur. Hədəf isə daxildə qorxu və çaşqınlıq yaratmaqdır. Azərbaycanın zəngin təbii ehtiyatları və regionun favoriti olması Putini öz planlarını daha da sürətləndirməyə təhrik edir. Azərbaycan əvvəl-axır yaxın tarixdə yol seçməli olacaq: Ya Avrasiya İttifaqı, ya da Avropa, NATO! Qarşıda bizi həm təhlükəli, həm də ağır və həssas bir proses gözləyir. Daxildə xaosun yaranmaması üçün əsasən şimal hissədə təhlükəsizlik gücləndirilməlidir. NATO Əməkdaşlıq İnstitutu da ölkədə Rusiyanın keçirmək istədiyi planları araşdırır və istənilən təhlükəni öncədən analiz edib KİV-lər vasitəsilə açıqlayacağıq. Bizim istəyimiz güclü, demokratik, inkşaf edən, azad, müstəqil Azərbaycan görməkdir".

Tarix
2014.10.11 / 09:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla