Yuxarı

Sona Vəliyeva: "Ən layiqli namizəd Mehriban xanımdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mehriban Əliyeva Nobel Sülh Mükafatına ölkəmizdə ən layiqli namizəd xanımdır".

Bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib.

Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasında misilsiz işlər görüb:

S.Vəliyeva deyib: "Eyni zamanda Mehriban xanım dünya mədəniyyətinə göstərdiyi böyük etimad və yeni bir yanaşma tərzi ilə din və mədəniyyətlər arası dialoqun düzgün qurulmasında əvəzsiz xidmətlər göstərir. Bu gün Mehriban xanım Azərbaycan musiqisini, ədəbiyyatını və tarixini dünyaya tanıdır. Mehriban xanım hansı ölkəyə səfər edirsə, bütövlükdə orada Azərbaycanı tarixi və mədəniyyəti ilə təqdim edir. Bu yaxınlarda Fransa və İtaliyada səfərdə olarkən, Mehriban xanım Azərbaycanla bağlı tədbirlərdə iştirak edib və ölkəmizin tanıdılmasında mühüm rol oynayıb. Ona görə də çox istərdim ki, əgər gələcəkdə Azərbaycandan kiməsə Nobel Sülh Mükafatı təqdim olunarsa, bu, ilk növbədə Meheriban xanım Əliyeva olsun. Arzu edirəm ki, Mehriban xanım Əliyevadan sonra, Azərbaycan ədəbiyyatını layiqli təmsil edən nümayəndələrimizə də bu mükafat verilsin.

Onu da qeyd edim ki, Nobel Fonduna toplanan vəsaitlər Azərbaycan neftindən əldə edilən pullar olduğu üçün, buna ən çox da Azərbaycandan olan şəxslər layiqdir. Çünki bu mükafatın tarixi maddi mənbəyi Azərbaycandır".

Xatırladaq ki, "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı bu gün mətbuatda "Azərbaycanı görün..." adlı geniş məqalə ilə çıxış edib.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nobel Sülh Mükafatına ən layiqli namizəd olması qeyd olunur.

Tarix
2014.10.14 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla