Yuxarı

Rus gəmiləri Bakıya reklam üçün gəlirlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus gəmiləri Bakıya reklam üçün gəlirlər

"Rusiyanın yüksək vəzifəlilərinin Bakıya gələrkən özləri ilə bərabər hərbi gəmi gətirmələri sadəcə reklamdır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Rusiyanın bu cür reklamları əlindən buraxmadığını bildirib:

"Rusiyanın ən yüksək vəzifəli rəsmilərinin Bakıya səfər edərkən özləri ilə Xəzərə hərbi gəmiləri gətirmələri sadəcə Moskvanın xarici opponentlərinə hərbi dəniz potensialını göstərmək istəyindən doğur. Bu, sadəcə olaraq Rusiyanın hərbi qüdrətinin praktiki olaraq heç bir xərc çəkilmədən reklam edilməsidir. Moskva bu şansı buraxmır. Bakının ünvanına isə burada heç bir güc nümayiş etdirmək fikri belə yoxdur. Moskva Azərbaycana özünün hərbi-siyasi opponenti kimi yanaşmır".

Qeyd edək ki, bir sıra mətbuat orqanı Kreml rəsmilərinin Azərbaycana hər gəlişi ilə Rusiya gəmilərinin Bakı buxtasına yan almasına diqqət ayırmışdılar. Putinin və Şoyqunun səfərinin rus hərbi gəmilərinin Bakıya daxil olması ilə müşayiəti müəyyən ehtimallara yol açmışdı.

Tarix
2014.10.18 / 23:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla