Yuxarı

Ərdoğan TANAP-la bağlı iki sənədi təsdiq etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan TANAP-la bağlı iki sənədi təsdiq etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Trans-Anadolu" əsas qaz ixrac boru kəmərinin (TANAP) tikintisi ilə bağlı iki əlavə sənədi təsdiq edib.

APA-nin xəbərinə görə, sözügedən sənədlər Türkiyə hökuməti ilə TANAP konsorsiumu arasında bu ilin mayın 26-da imzalanan memorandumlara aiddir.

Belə ki, ilkin razılaşmaya görə, TANAP boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağındakı çıxarılan qaz illik 16 mlrd. kubmetr olaraq Türkiyə ərazisindən Avropa sərhədlərinə qədər çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetr həcmi Türkiyənin istifadəsinə veriləcək. Qalan 10 mlrd. kubmetr qaz isə Avropaya nəql olunacaq. Həmçinin gələcəkdə kəmərin ötürmə gücünü 31 mlrd. kubmetrə qədər genişləndirilə bilər.

Qeyd edək ki, TANAP boru kəmərinin 2018-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub. Layihənin ümumi dəyəri 10-11 mlrd. dollar həcmində qiymətləndirilir.

Tarix
2014.10.21 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla