Yuxarı

Şimali Qafqazda İŞİD təhlükəsi: Azərbaycan sığortalanıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Qafqazda İŞİD təhlükəsi: Azərbaycan sığortalanıb?

"Rusiyanın bundan sonrakı siyasəti qonşu ölkələri öz tabeliyində saxlamaq olacaq".

Bu sözləri Axar.az-a açıqlamasımda politoloq Elxan Şahinoğlu Şimali Qafqaz xalqlarının bölgə və Azərbaycan üçün yaratdığı təhlükəni şərh edərkən dedi.

Onun sözlərinə görə, Azərbaycanda olduğu kimi, Rusiyada da İŞİD-ə qoşulan qafqazlılar bölgə üçün təhlükə mənbəyidir:

"Rusiyanın hazırda Ukrayna probleminə görə vəziyyəti olduqca mürəkkəbdir. ABŞ və Qərb ölkələri tərəfindən sıxışdırılır. Faktiki olaraq bu gün Rusiya Ukraynanı itirib. Bu baxımdan Rusiyanın bundan sonrakı siyasəti qonşu ölkələri öz tabeliyində saxlamaq olacaq. Bəzi azərbaycanlılar Suriya və İraqa savaşmağa gedib. Elə Rusiyanın özündə də terrorçulara qoşulan kifayət qədər insan var. Çeçenlər, Dağıstan xalqlarının nümayəndələri bu terror təşkilatına qoşulub. Elə bu özü Rusiya üçün böyük təhlükədir. Onlar gələcəkdə Rusiyanın özünə də böyük problemlər yarada bilər".

Bir müddət öncə Çeçenistan Prezidenti Ramzan Kadırovun tərəfdarlarını İŞİD terrorçularına qarşı döyüşə səsləməsini xatırladan politoloq istənilən vaxtda bölgənin dini qarşıdurma məkanına çevrilə biləcəyini istisna etmədi:

"Rusiyanı bu problem gözləyir. Biz artıq video-görüntülərdə də görürük ki, İraq və Suriyada döyüşən çeçenlər, dağıstanlılar Rusiyanı və prezidenti hədələyərək qayıdıb Rusiya ilə savaşacaqlarını deyirlər. Əslində, heç təsadüfi deyil ki, Çeçenistan Prezidenti Kadırov da bu görüntülərdən qıcıqlanaraq həmin İŞİD-çilərlə savaşmağa hazır olduğunu deyir. Deməli, buradan görürük ki, gələcəkdə Rusiyanın özü üçün Şimali Qafqazda böyük problemlər yaranacaq".

Belə bir vəziyyətdə problemin cənuba, Azərbaycana yayılmasını istisna edən politoloq ölkədə vəziyyətin Rusiyadan fərqli olduğunu izah etdi:

"Azərbaycanda vəziyyət başqadır. Nə Rusiya dövlət səviyyəsində, nə də Şimali Qafqazda yaranmış problem təbii yolla ölkədə çaxnaşma yarada bilməz. Birincisi, inanmıram ki, Rusiya Azərbaycanda din faktorundan istifadə etsin. Çünki bu, Rusiya üçün bumeranq effekt göstərə bilər. İkincisi isə Azərbaycanda vəziyyətin nəzarət altında olmasıdır. Dini radikalizm çərçivəsində nəzarət çox güclüdür. Buna görə də yaxın zamanlarda Suriya hadisələrini Azərbaycanda yox, Şimali Qafqazda görə bilərik".

Tarix
2014.10.24 / 12:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla